Hansı küçələri tapmaqda çətinlik çəkirsiniz?

Naviqasiya sistemi Azərbaycan Respublikasının bütün ərazisini əhatə etməklə, paytaxt və regionlar üzrə ünvan axtarışı, tapılması, qısa zamanda və qısa marşrutla bir ünvandan digər ünvana bütün alternativ yolları göstərmək imkanlarına malikdir.

“AzNav” ilk milli GPS naviqasiya sisteminin istifadəyə verilməsi ölkə başçısının Fərman və tapşırıqlarının icrası yönündə atılmış növbəti mühüm addım olmaqla, vətəndaşların sosial – məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.